Yalçın Rəfiyev Ciddədə İƏT-in növbədənkənar iclasında Azərbaycanı təmsil edir

Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Ciddədə (Səudiyyə Ərəbistanı) İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında Azərbaycanı təmsil edir. SİA xəbər verir ki, tədbir çərçivəsində o, Maldivin xarici işlər naziri Abdullah Xalil ilə ayaqüstü görüş keçirib.

Maldivin XİN başçısı qeyd edib ki, avqustun 25-də keçiriləcək iclasın iştirakçıları "Qəzzada təcavüzün dərhal dayandırılması" məqsədilə İƏT Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasının işində məhsuldar şəkildə iştirak etməyə qərarlıdırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə