Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq - AŞPA sədri
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Teodor Russopulos Azərbaycan və Ermənistanı ikitərəfli münasibətlərin normallaşması çərçivəsində Vaşinqtonda sənədlərin imzalanması münasibətilə təbrik edib. Bu barədə SİA sosial şəbəkələrdəki paylaşımına istinadən xəbər verir.
“Vaşinqtonda ABŞ-nin himayəsi ilə Ermənistan və Azərbaycan arasında imzalanmış (paraflanmış – red.) sülh sazişini hərarətlə alqışlayıram. AŞPA bu münaqişədə həmişə parlament diplomatiyasını təşviq edib və bu sazişin, eləcə də tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün mərhələləri dəstəkləməyə hazırdır”, - Russopulos yazıb.
Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin sammiti keçirilib və bu sammitdə Bakı ilə İrəvan arasında sülh prosesinin başa çatdırılmasına yönəlmiş sənədlər imzalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə