Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa Şuşa Qlobal Media Forumunda ABŞ-Azərbaycan tərəfdaşlığı və həm qlobal, həm də regionumuzda sülh gündəliyinə sadiqliklə bağlı fikirlərini sosial media platformasında paylaşdığına görə minnətdarlığını bildirib.
SİA-nın məlumatına görə, "X" sosial şəbəkəsində İlham Əliyevin bununla bağlı paylaşımında deyilir:
"Prezident Donald Trampa Şuşa Qlobal Media Forumunda çatdırdığım ABŞ-Azərbaycan tərəfdaşlığı və həm qlobal, həm də regionumuzda sülh gündəliyinə sadiqliklə bağlı fikirlərimi sosial media platformasında paylaşdığına görə minnətdarlığımı bildirmək istəyirəm.
Mən bir daha Prezident Trampın bütün dünyada, o cümlədən bizim regionda sülh və sabitliyin təşviq edilməsi üzrə baxışını və səylərini dəstəklədiyimizi vurğulamaq istəyirəm. Biz, həmçinin ailə ənənələrinin əhəmiyyəti kimi ümumi dəyərləri bölüşürük və onun Prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətlərinin yeni səviyyəyə çatacağına ümidvarıq.
Ona bu məqsədə doğru bütün səylərində uğurlar arzulayırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə