“TRT Haber” Azərbaycan Ordusuna həsr olunan reportaj yayımlayıb

Türkiyənin “TRT Haber” telekanalı Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə xüsusi reportaj hazırlayıb. SİA xəbər verir ki, reportajda Azərbaycan xalqının ölkəmizin suverenliyi və ərazi bütövlüyünü qorumaq əzmindən bəhs edilir, 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan üzərində qazanılmış şanlı Qələbəyə diqqət çəkilir.

“Azərbaycan Silahlı Qüvvələri bu gün haqlı olaraq regionun ən güclü ordularından biri hesab olunur”, – deyə reportajda vurğulanır. Qeyd olunur ki, Türkiyə hər zaman qardaş Azərbaycanın yanında olub və olacaq.

Telekanal izləyicilərini Azərbaycan Ordusunun formalaşma tarixi barədə də məlumatlandırıb.

Həmçinin vurğulanıb ki, Azərbaycan Ordusu cəmi 44 gündə tarixi torpaqlarını erməni işğalından azad edib. Bu savaşda Türkiyə istehsalı olan silahlardan, xüsusən də pilotsuz uçuş aparatlarından (PUA) geniş istifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə