Azərbaycan və Belarus HHQ komandanları əməkdaşlıq istiqamətlərini müzakirə ediblər
Belarus Hərbi Hava Qüvvələri (HHQ) və Hava Hücumundan Müdafiə qoşunlarının (HHMQ) komandanı general-mayor Andrey Lukyanoviç Azərbaycana rəsmi səfəri çərçivəsində müdafiə nazirinin müavini - Azərbaycan HHQ-nin komandanı general-leytenant Namiq İslamzadə ilə danışıqlar aparıb. Bu barədə SİA-ya Belarusun Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Qeyd olunub ki, tərəflər Belarus-Azərbaycan hərbi əməkdaşlığının əsas istiqamətlərini və onun inkişaf planlarını müzakirə ediblər.
Səfər çərçivəsində belaruslu general-mayor həmçinin Azərbaycan HHQ-nin qərargahını ziyarət edib, Fəxri xiyabana gedərək gül dəstələri qoyub. Bundan başqa, A.Lukyanoviç Azərbaycan Silahlı Qüvvələrinin bir sıra hərbi hissə və bölmələrinə də baş çəkəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə