Azərbaycan-ABŞ əlaqələrinin vəziyyət və perspektivləri müzakirə olunub

Mayın 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatları (ABŞ) Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns ilə görüşüb.

SİA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə Azərbaycan-ABŞ əlaqələrinin cari vəziyyəti və perspektivləri, qanunvericilik orqanları arasında əlaqələrin əhəmiyyəti, regional təhlükəsizlik məsələləri, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov, Senatora postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan-Ermənistan normallaşma prosesi və qarşıda duran maneələr barədə məlumat verib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə