Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında” yeni qanunun qəbulunu təklif edib. SİA xəbər verir ki, bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında qeyd edilib.
Sənəd Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
İllik məlumatda bildirilib ki, doğulan uşaqlar arasında cins balansının pozulması hallarının qarşısının alınması ilə bağlı tədbirlərin gücləndirilməsi, arzuolunmaz hamiləliyin qarşısının alınması və abortların azalması məqsədilə kontraseptivlərdən istifadənin təbliği, cinsi tərbiyə ilə bağlı maarifləndirmənin aparılması da qarşıya vəzifə kimi qoyulub.
Bütün xəbərlər Facebook səhifəmizdə