“Vətənpərvər gənclik parlaq gələcəyimizin təminatıdır” - YENİLƏNİR - FOTOLAR

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, Xətai Rayon İcra Hakimiyyəti və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Vətənpərvər gənclik parlaq gələcəyimizin təminatıdır” mövzusunda tədbir keçirilir. SİA xəbər verir ki, tədbirdə YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Vətən Müharibəsi qəhrəmanı Zaur Hüseynov iştirak edir.

Tədbir torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə