"Bu yalanlara Azərbaycan xalqının və dövlətinin qarnı toxdur" - Əziz Ələkbərli
"Dünyanın nəhəng ölkələrinin, beynəlxalq təşkilatlarının həll edə bilmədiyi Qarabağ münaqişəsini Azərbaycan 44 gündə həll etdi". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin plenar iclası zamanı deputat Əziz Ələkbərli deyib.
Onun sözlərinə görə, bölgəni münaqişə ocağı etmək istəyənlər də həmin dövlətlərdir: "ABŞ-ın təşkilatları Azərbaycanın 1 milyon insanı qaçqın olmamış kimi, mədəniyyət abidələri istismar olunmamış kimi, torpaqları işğal olunmamış kimi utanmadan Azərbaycanı ittiham etməyə çalışırlar. Bu yalanlara Azərbaycan xalqının və dövlətinin qarnı toxdur. Biz 30 ildə kimin kim olduğunu gördük.
Azərbaycanlı və müsəlman olduğuna görə Qərbi azərbaycanlıları indiki Ermənistana gödərmək lazımdır. Ermənistan hesabat verməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə