Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib

Ölkə üzrə bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib. SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) martın 18-də keçirilən iclasında qurumun sədr müavini Rövzət Qasımov açıqlayıb.

O bildirib ki, MSK-nın müvafiq qərarlarına əsasən, 15 saylı Yasamal birinci, 18 saylı Nərimanov-Nizami-Binəqədi, 43 saylı Sumqayıt ikinci, 79 saylı Astara dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

Qərarlar iclasda ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə