"Aİ bu uğursuzluğunu Ermənistan vasitəsi ilə kompensaziya edir" - POLİTOLOQ AÇIQLADI
"Avropa İttifaqının Ermənistanı silahlandırmaqda davam etməsi bu ittifaqın Cənubi Qafqazla bağlı geosiyasi maraqlar Avropa ından irəli gəlir. Həm Azərbaycanda, həm də Gürcüstanda nüfuzunu tamamilə itirən Avropa İttifaqı bu uğursuzluğu hansısa formada kompensasiya etmək üçün son ümid olaraq Ermənistanı seçib və onlara davamlı yardımlarla rəsmi İrəvanı özünün əsas tərəfdaşına çevirməyə çalışır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Onun sözlərinə görə, Avropa İttifaqının yürütdüyü siyasət Emrənistanı nəzarətdə saxlamaq və özündən asılı vəziyyətə salmağa hesablanan siyasətdir" "Bu yardımlar elə belə verilmir. Təbii ki, hər yardım İrəvan üzərinə müəyyən öhdəliklər qoyur. Ermənistan nə qədər maliyyə alarsa, bir o qədər ondan asılı vəziyyətə düşür. Yəni başqa sözlə desək Avropa İttifaqı və Fransa kimi dövlətlər Ermənistanın silahlandırılması üçün vəsait ayırmaqla əslində Ermənistandan daha çox öz maraqlarını təmin etmiş olur. Şübhəsiz ki, Avropa İttifaqının və xüsilə də Fransanın Ermənistana verdiyi bu dəstək regionda sabitliyə xidmət etmir və davamlı sülh perspektivlərini təhlükə altına atır. İkinci bir tərəfdən isə bu fəaliyyət əslində Avropanın müdafiə etdiyi pronsiplərlə də daban-dabana ziddiyət təşkil edir.
Aydındır ki, Ermənistan üçün ayrılan vəsait bu ölkənin təhlükəsizliyin təmin edilməsi üçün ayrılmayıb. Əksinə, Ermənistanın silahlandırılmasına yönəlik fəaliyyət, regionda onsuz da kövrək olan sabitliyi təhlükə altına alır və verilən dəstək fonunda Ermənistanda revanşist hisslərin artmasına təkan verir. Bu isə istər-istəməz Ermənistanda sülh danışıqlarından imtina edilməsi fikrini gücləndirir. Ermənistanın silahlandırılmasına Aİ-nin “Sülh Fondu” ilə yanaşı ən vacib oyunçulardan biri də Fransadır. Fransanın davamlı şəkildə Ermənistana bütün platformalarda dəstək verdiyini hər birimiz bilirik. Buraya təkcə siyasi deyil, həm də silah və texnika dəstəyi də aiddir. Bu fəaliyyət də əslində özündə Fransanın Cənubi Qafqaz maraqlarını ehtiva edir. Yəni bu gün Ermənistanı aktiv şəkildə silahlandıran tərəflərin hər biri, buraya Hindistan da aiddir bütün bu fəaliyyəti öz maraqlarını təmin etmək baxımından həyata keçirirlər. Odur ki, bu silahlanma fonunda baş verə biləcək hər hansı bir gərginliyin də məsuliyyəti bundan sonra təkcə Ermənistanın yox, həm də onu silahlandıranların üzərinə düşəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə