“Dünyanın 14 dövləti ilə strateji sənəd imzalanıb” - ŞƏRH EDİLDİ

“Prezident İlham Əliyev 2025-ci il 20 yanvar tarixində Davosda Çin kanallarına verdiyi mühsahibə zamanı bir sıra ciddi məqamlara toxunub. Hər zaman olduğu kimi Prezident əhatəli, dolğun danışıb. Eyni zamanda həm Azərbaycan-Çin münasibətləri və Çin iqtisadiyyatının dünya da rolunun inkişaf etməsi, həm də bunun Azərbaycanla olan əlaqələri barəsində mövzulara toxunub. Əslində Prezdentin Çin kanallarına verdiyi müsahibədən də bəlli olur ki, Çin bu gün dünya iqtisadiyyatında çox önəmli rola malik olan ilk dövlətlərdən biridir. Təsadüfi deyildir ki, Çin dünyanın iqtisadi nəhəngi istehsal maşını rolunu öz üzərinə götürüb. Çin hazırda dünya emalatxanası rolunu oynamaqdadır. Dünya da büdcə baxımından 27 trilyonluq büdcəyə sahib olan Amerikadan sonra ikinci sırada 17 trilyonluqdan artıq büdcəylə Çin dövləti dayanır. Biz coğrafi baxıçdan Çindən o qədər də uzaqda yerləşmirik. Orta dəhliz və kəmər amilini nəzərə alsaq, bizim Çinlə daha yaxın olduğumuz göz önünə gəlir. Azərbaycan Prezdenti İlham Əliyevin çıxışında vurğuladığı kimi, dünyanın 14 dövləti ilə strateji haqqında sənədi imzalanıb”. Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanın sənəd imzaladığı dövlətlərdən biri də Çindir: “Həmçinin bu vəziyyət Çinlə Azərbaycanın bir-birinə olan marağıdır. Nəzərə alsaq ki, Azərbaycanın müstəqillik baxımından yaşı azdır. Həmçinin ölkəmizin xalqının sayı azda olsa, Azərbaycana maraq həm Çin, həm də digər dünya dövlətləri tərəfdən yetəri qədərdir. Ölkə başçısı qlobal Cənubla bağlı, Çinin Azərbaycanla bir sıra istiqamətlə əlaqələri və iqtisadi prizmadan baxışlarının uzlaşması ilə bağlı məqamlara toxunub. Biz Orta Dəhlizin üzərində yerləşən ölkəyiq və nəzərə alaq ki, iqtisadiyyatda nəhəng nüfuza sahib olan Çindən başlayaraq, qərbə qədər davam edən böyük dəhlizdir. Son zamanlar Azərbaycanın atdığı addımları nəzərə alsaq, xüsusilə ikinci Qarabağ müharibəsindən sonra, Orta Dəhlizin işə düşməsi üçün olan səyləri, eyni zamanda Çinində buna dəstək olması göstərir ki, Çinlə bizim eyni iqtisadi hədəflərimiz var. Bu gün Çin dövləti o dövlətlərdəndir ki, dünya da müharibələrin, qarşıdumaların və konfliktlərin olmasını istəmir. Yəni iqtisadi priotetləri və hədəfləri olan dövlətlər bunu istəmirlər. Azərbaycanda eyni siyasi düşüncə ilə seçilir”.

Həmçinin Xəyal Bəşirov bildirib ki, Azərbaycanın Çinlə maraqlarının uzlaşması və baxış bucağının uyğun gəlməsi məhz bu amillərdən asılıdır: “ Demək olar ki, Azərbaycan özünə aid olan münqaşəni artıq geridə qoyub. Müharibə və münaqiçə səhifəsi arxada qaldığına görə, bundan sonra yalnız nəqliyyat və iqtisadi inkişafıların artıırılmasında maraqlı olduğumuzu göstəririk. Bu da ondan xəbər verir ki, məhəng iqtisadi dövlətlər bizim yanımızdadır. Həmçinin bu bizim hədəflərə daha tez çatmağımıza kömək edir və bundan sonra belə də davam edəcək”.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə