Azərbaycanın enerji təhlükəsizliyinin qorunması, dayanıqlılığının artırılması, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəticələri Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransı çərçivəsində müzakirə edilib. SİA xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında bildirilir.
Məlumata görə, COP29-un Prezidenti, eləcə də Prezident İlham Əliyevin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Almaniyanın “Uniper” şirkəti ilə görüş keçirib. O, Azərbaycanın enerji sahəsində strateji tərəfdaşlığı gücləndirmək və davamlı inkişafı təmin etmək öhdəliyini vurğulayıb, COP29-un nəticələrinin uğurla icrası üçün əməkdaşlığın vacibliyini qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə