Mehriban Əliyeva Türkiyədə baş verən yanğınla bağlı paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyədə baş verən yanğınla bağlı rəsmi instaqram səhifəsində paylaşım edib.

SİA xəbər verir ki, paylaşımda deyilir: “Başın sağ olsun, Türkiyə! Yanğın nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara güc və səbir diləyirəm. Yaralananların tezliklə şəfa tapmasını arzulayıram. Uca Tanrı xalqlarımızı bütün bəlalardan və bədbəxtliklərdən qorusun!”.

Bütün xəbərlər Facebook səhifəmizdə