Azərbaycan Qəzza məsələsinin iki dövlət prinsipi ilə həllinin tərəfdarıdır - Ceyhun Bayramov
Azərbaycan Qəzza məsələsinin iki dövlət prinsipi ilə həllinin tərəfdarıdır. SİA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 18-də türkiyəli həmkarı Hakan Fidan ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib.
“Beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkə arasında yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Xüsusilə Türk Dövlətləri Təşkilatının bu əməkdaşlıqda böyük rolu var. Təşkilatın ötən il iyulun 6-da keçirilən zirvəsində Qarabağ bəyannaməsinin Şuşada imzalanması çox böyük əhəmiyyətə malikdir”, - XİN başçısı əlavə edib.
C.Bayramov regional təhlükəsizlik məsələsinə də toxunub.
“Yaxın Şərqdəki vəziyyət müzakirə edildi. Suriyadakı yeni hakimiyyətin inteqrasiyası bölgəmiz üçün çox önəmlidir. Bu günlərdə əldə olunmuş HƏMAS-İsrail atəşkəsinin sabahdan qüvvəyə minməsini də səbrsizliklə gözləyirik. Ümid edirik bu adıdm müsbət məcrada addımların atılmasına şərait yaradacaq. Azərbaycan bu münaqişənin iki dövlət prinsipi əsasında həllinin tərəfdarıdır”, - o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə