Qazaxıstanda qəzaya uğrayan Azərbaycan Hava Yollarına məxsus təyyarənin "qara qutu"larının deşifrə edilməsində iştirak etmək üçün Rusiya, Qazaxıstan və Azərbaycandan olan mütəxəssislər Braziliyaya yollanacaqlar. SİA-nın məlumatına görə, bu barədə Braziliyanın Hərbi Hava Qüvvələri məlumat yayıb.
Qeyd olunub ki, "qara qutu"nun oxunması hər üç ölkənin nümayəndəsinin nəzarəti altında həyata keçiriləcək.
"Qara qutu"lar Braziliyaya dekabrın 31-də yetişəcək. İşlər başa çatdıqdan sonra çıxarılan məlumatlar beynəlxalq qəza araşdırması protokollarına uyğun olaraq bu hadisənin araşdırılmasına cavabdeh olan Qazaxıstanın Hava Qəzalarının Təhqiqat Departamentinə veriləcək", - deyə Braziliya Hərbi Hava Qüvvələrinin məlumatında bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə