Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev SƏS Media Qrupunun tərkibində fəaliyyət göstərən – “Səs” İnformasiya Agentliyinin, “Səs” qəzetinin və SƏS İnternet televiziyasının əməkdaşlarını noyabrın 11-22-də Bakı şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirakına görə təltif edib. SİA xəbər verir ki, mükafatı əməkdaşlara SƏS Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev təqdim edib.
Baş redaktor Bəhruz Quliyev cənab Prezident İlham Əliyevə göstərdiyi etimad və diqqətə görə minnətdarlığını bildirib.
Qeyd edək ki, COP29 dövründə SƏS Media Qrupunun əməkdaşları konfransın işıqlandırılması, iqlim dəyişikliyi ilə mübarizənin önəminin ictimaiyyətə çatırılması istiqamətində aktiv şəkildə fəaliyyət göstərib.
Tədbirin keçirildiyi 11-22 noyabr tarixlərində “Səs” İnformasiya Agentliyində, qəzetdə və internet televiziyasında ümumilikdə COP29-la bağlı müxtəlif səpkili özəl yazılar, reportajlar və məqalələr dərc olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə