Xarici İşlər Nazirliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib - FOTOLAR

Dekabrın 12-də nazir Ceyhun Bayramovun rəhbərliyi ilə Xarici İşlər Nazirliyinin kollektivi xalqımızın Ulu Öndəri Heydər Əliyevin anım günündə Fəxri xiyabanı ziyarət edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ziyarət zamanı Azərbaycanın dövlətçilik tarixində ölkəmizin müstəqilliyinin möhkəmlənməsi, xalqımızın inkişaf və rifahının yüksəldilməsi istiqamətində misilsiz xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin məzarı qarşısına gül dəstələri düzülüb, Ulu Öndərin əbədiyaşar xatirəsi dərin hörmət və ehtiramla yad edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə