Əli Əsədov Moskvada Heydər Əliyevin xatirəsini anıb

Rusiyada işgüzar səfərdə olan Azərbaycanın baş naziri Əli Əsədov Heydər Əliyevin xatirəsini anıb. SİA-nın məlumatına görə, Əli Əsədov Azərbaycanın Rusiyadakı səfirliyində ulu öndər Heydər Əliyevin baralyefi önünə gül dəstəsi qoyub.

Qeyd edək ki, Əli Əsədovun Rusiyaya işgüzar səfəri dekabrın 11-də başlayıb.

Səfər Rusiya Hökumətinin Sədri Mixail Mişustinin dəvəti ilə baş tutub. Ə.Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə