“Azərbaycan xalqı öz konstitusiyasını hər şeydən üstün tutur“ - ŞƏRH EDİLDİ

“Müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyası 12 noyabr 1995-ci ildə qəbul olunmuşdur. Konstitusiyamızın müəllifi Ulu Öndər Heydər Əliyevdir. Konstitusiyamız demokratik prinsiplər əsasında dünyəvi, hüquqi dövlətin qurulmasına yol açdı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputat bildirib ki, konstitusiya dinindən, dilindən, etnik mənsubiyyətindən asılılı olmayaraq ölkənin bütün vətəndaşlarına bərabər hüquqlar vermişdir: “Ayrı-seçkilik, diskriminasiya və insan haqlarının pozulmasına konstitusiyamız yol vermir. Məhz konstitusiya ölkədə milli birlik və həmrəylin əldə olunmasına yol açmışdır. 44 günlük Vətən müharibəsi konstitusiyamızın xalqımıza verdiyi gücünü nümayiş etdirmiş oldu. Hər kəs dövlət başçısının ətrafında sıx birləşərək ölkənin taleyüklü məsələlərdə həmrəyliyin nümayiş etdirə biləcəyimizi nümayiş etdirmiş olduq. Ermənistan 30 ildən çox müddətdə xalqımızın konstitusion hüquqlarını pozmuşdu. Belə ki, vətəndaşlarımızı öz doğma yurdlarından köçməsinə məcbur edilərək onların mülkiyyətin toxunulmazlıq hüquqları, yaşamaq hüquqları pozulmuşdu. Amma konstisyusiyamızda suverən ərazilərin toxunulmazlığı hüququ təsbit olunmuşdur. Ermənistan uzun illər idi ki, suverən ərazilərimizi işğal altında saxlayırdı.

Dövlət başçımızın rəhbərliyi altında müzəffər ordumuz və xalqımız pozulmuş konstuitusion hüquqlarımızı bərpa etdi. Hər ilə ölkəmizdə 12 noyabr Konstitusiya Günü kimi qeyd olunur. Bu il isə digərlərindən fərqli olaraq bütün ərazilərimizdə suverənliyi bərpa olunmuş çəkildə bayramı qeyd edirk. Təbii ki, konstuitusiya dövlətin mövcudluğunun göstəricisidir. Azərbaycan xalqı öz konstitusiyasını hər şeydən üstün tutur və dövlətin güclənməsi və müstəqilliyin əbədi olması üçün əlindən gələni edir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə