“Gürcüstanda vətəndaşlar allahsızlıq və mənəviyyat arasında seçim edirlər” - Parlament sədri

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili seçki məntəqələrindən birində səs verdikdən sonra Gürcüstanda parlament seçkiləri “allahsızlıq və mənəviyyat” arasında seçimdir, deyib. “Əlbəttə, "Gürcü arzusu" bu gün gürcü xalqının yeganə seçimdir, çünki bu gün seçim şərlə xeyir arasındadır, bu gün allahsızlıq və mənəviyyat arasında seçimdir, bu gün xalqımızın nadir hallarda üzləşdiyi seçimdir”, deyib. SİA xəbər verir ki, Baş nazir İrakli Kobaxidze hakim partiya parlamentdə 100-dən çox yer qazandıqdan sonra prezident Salome Zurabişvilinin impiçmenti ilə bağlı səsvermə keçirəcəyini bildirib.

Gürcüstanın Marneuli şəhərində isə parlament seçkiləri zamanı seçicilər bir anda bir neçə bülleteni qutuya atmağa cəhd ediblər. Bundan əvvəl respublikanın baş naziri İrakli Kobaxidze seçkilərin sakit şəraitdə keçirildiyini bildirib.

Səhər saatlarında Zuqdididə seçki məntəqəsində dava düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə