Minatəmizləmə ilə bağlı film çəkilsin! - TƏKLİF

Milli Məclisdə minatəmizləmə ilə bağlı filmin çəkilməsi təklif edilib. SİA xəbər verir ki, bu təkliflə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında deputat Aydın Hüseynzadə çıxış edib.

“Minatəmizləmə ilə bağlı hazırda görülən işlərin gələcək nəsillərə çatdırılması üçün işlər görülməlidir. Belə ki, tədqiqatlar aparılmalıdır. Eyni zamanda bu sahə ilə bağlı film çəkilməsi vacibdir”,- deyə o bildirib.

Deputat vurğulayıb ki, Ermənistan işğal dövründə minaların alınması və basdırılmasına 400 milyon ABŞ dolları vəsait xərcləyib:

"Lakin minaların təmizlənməsi bu rəqəmdən qat-qat baha başa gəlir. Çox istərdim ki, minatəmizlənmə ilə bağlı bədii filmlər çəkilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə