Azərbaycan Özbəkistanda keçiriləcək beynəlxalq konfransda təmsil olunacaq

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə oktyabrın 14-də Özbəkistan səfər edəcək və bu ölkənin Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü və himayəsi ilə keçirilən “İslam - sülh və xeyirxahlıq dinidir” mövzusunda Beynəlxalq Elmi-praktiki Konfransa qatılacaq. QMİ-nin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, oktyabrın 15-də Daşkənddə baş tutacaq bu mötəbər tədbirin keçirilməsi ideyasını Özbəkistanın dövlət başçısı ötən il BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxışı zamanı bəyan edib.

Şeyxülislam A.Paşazadə beynəlxalq konfransın açılış mərasimində çıxış edəcək. Forum plenar və 3 bölmə iclası ilə işini davam etdirəcək.

Allahşükür Paşazadənin səfər çərçivəsində yüksək səviyyəli görüşlərdə iştirak edəcəyi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə