Polad Bülbüloğluna parlamentdə yeni vəzifə verilir

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğluna parlamentdə yeni vəzifə verilir. SİA-nın məlumatına görə, o, Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərlik edəcək.

Polad Bülbüloğlunun namizədliyi parlamentin bu gün keçiriləcək plenar iclasında müzakirə ediləcək.

Qeyd edək ki, Polad Bülbüloğlu 2006-2024-cü illərdə Azərbaycanın Rusiyadakı səfiri vəzifəsində çalışıb. O, 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən deputat seçilib.

Ötən çağırışda bu vəzifəni Nizami Səfərov tutub. O isə Azərbaycan - Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbərlik edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə