“Natali Luazonun təyinatı əməkdaşlıq üçün ciddi heç nə vəd etmir”

Avropa Parlamentinin Cənubi Qafqazla Əməkdaşlıq Komitəsində anti-Azərbaycan və şovinist mövqeyi ilə tanınan Natali Luazonun (Nathalie Loiseau) Sədrin birinci müavini təyin edilməsi böyük təəssüf hissi və narazılıq yaradır.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Milli Məclisin deputatı Rizvan Nəbiyev məsələ ilə bağlı açıqlamasında bildirib ki, Natali Luazo Vətən müharibəsinin və lokal xarakterli antiterror əməliyyatlarının yaratdığı hüquqi və siyasi reallıqları qəbul edə bilməyən, fəaliyyətində beynəlxalq hüququn norma və priniplərinə hörmətsizlik nümayiş etdirən bir siyasətçidir.

Ermənipərəst qüvvələrin tam təsiri altında olan Luazo Cənubi Qafqazda qarşıdurma və konfrantasiyanın yenidən baş qaldırması üçün 2020-ci ildən bəri əlindən gələni edir. Suverenliyini bərpa etmiş Azərbaycana qarşı qarayaxma kampaniyasının qızğın iştirakçılarından olan Luazo ölkəmiz haqqında dezinformasiya yaymaqda davam edir. O, fəaliyyətində açıq-aşkar və davamlı olaraq separatizmi dəstəkliyir.

Qərəzli mövqeyi ilə seçilən Luazo həmçinin Avropa Parlamenti ilə Azərbaycan arasında əməkdaşlığı və konstruktiv dialoqu da dəstəkləmir, davamlı olaraq konfrontasiya yaratmağa çalışır.

Bu və digər əlaqəli səbəblərdən bu təyinatla bağlı haqlı olaraq suallar yaranır. Cənubi Qafqzda əməkdaşlıq və dialoqun təşviqi yolunu rədd edən bu tipli şəxsin təyinatı ilə Avropa Parlamenti Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunmasına necə töhfə verə bilər?

Siyasi karyerasında anti-Azərbaycan fəaliyyəti və qərəzli yanaşması ilə seçilən bu şəxsin təyinatından parlamentlərarası əməkdaşlıqda yaxşı nə gözləmək olar?

Avropa Parlamentinin ikili standartlarla dolu yanaşması həm Avropa Parlamenti ilə Azərbaycan arasında olan əməkdaşlığa xələl gətirir, həm də Cənubi Qafqazda davamlı sülhün və sabitliyin yaranmasına xidmət etmir.

Bütün xəbərlər Facebook səhifəmizdə