"Azərbaycanın xarici borcunu ödəmə qabiliyyəti yüksək səviyyədədir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Birinci növbədə şübhə yoxdur ki, 26 sentyabr tarixində iqtisadi məsələlərə həsr olunmuş müşavirə illik dinamikanı Prezidentin dilindən səsləndirmək üçün idi". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib.

O bildirib ki, Prezident qeyd etdi ki, iqtisadi artım 4,3 olaraq qeydə alınıb: "Bu, uğurludur. İkincisi bildirdi ki, neft sektorunun istehsalının azalma məsələsi bizim iqtisadiyyatımız üçün ciddi problemdir. Onun aradan qaldırılması və istehsalının artırılmasına tapşırıq verilib.

Üçüncü olaraq qeyd etdi ki, proqnozlar yüksək səviyyədə nəzərdə tutulur.

Dördüncü, Cənab Prezident inflyasiyanı faizinin aşağı olduğunu bildirdi.

Beşincisi isə, pensiya və əmək haqqı artırılacaq.

Altıncı, hərbi sənayemiz daha da inkişaf edəcək. Qarabağ və Şərqi Zəngəzura da qayıdış dayanmayacaq.

Prezident İlham Əliyev həm də vurğuladı ki, qeyri-neft sektorunun inkişafı mütləq nəzərdə tutulur və Azərbaycan investorlarının cəlbi xüsusi diqqətlə həyata keçirilir. Maraqlıdır ki, Azərbaycanın xarici borcunu ödəmə qabiliyyəti yüksək səviyyədədir. Bunu da Prezident qeyd etdi. Ölkəmizdə Ümumi Daxili Məhsul təxminən 6 faiz artıb. Qeyri-neft iqtisadiyyatı üzrə isə bu rəqəm 9 faizdən çoxdur. Yoxsulluğun səviyyəsi artıq sıfıra yaxınlaşır. Müşavirədə Cənab Prezident qeyd etdi ki, hökumət yeni situasiyada işləyəcək. Neft gəlirləri azalır, ona görə daha çox innovasiyalara üstünlük verilməlidir. Sahibkarlığın inkişafı üçün əlbəttə ki, addımlar atılacaq və maliyyə sabitliyi təmin ediləcək. Cənab Prezident müşavirədə maliyyə vəziyyətimizin sabitliyindən də danışdı. Bildirdi ki, kifayət qədər valyuta ehtiyatlarımız var. Biz yenə də düşünülmüş siyasət apararaq valyuta ehtiyatlarımızı ildən-ilə artırırıq. Bütün bu uğurların əsasında böyük idaəriçilik qabiliyyəti dayanır. Təsəvvür edin ki, neftin qiymətinin aşağı düşməsi ilə ölkələrdə səfalət hökm sürür, siyasi sabitlik pozulub, iqtisadiyyat dağılır. Ancaq Azərbaycan xalqı zərrə qədər də olsun əziyyət çəkmir, nə də çəkməyəcək. Onu da bildirdi ki, biz gələn il də iqtisadi inkişafımızı davam etdirəcəyik".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə