Müstəmləkə siyasətindən əziyyət çəkən regionlarla sıx əməkdaşlıq edirik - Bakı Təşəbbüs Qrupunun rəhbəri

Bakı Təşəbbüs Qrupunun fəaliyyəti həm keçmiş, həm də indiki koloniyalar tərəfindən yüksək qiymətləndirilir. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov söyləyib.

A.Abbasov bildirib ki, Bakı Təşəbbüs Qrupu keçmiş müstəmləkələrlə əməkdaşlığa bir neçə ay əvvəl başlayıb. “Biz hazırda müstəmləkə siyasətindən əziyyət çəkən regionlarla sıx əməkdaşlıq edirik, orada fəaliyyət göstərən fərqli siyasi partiyalar, QHT-lərlə memorandumlar imzalayırıq”,- deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə