Prezident parlamentin ilk iclasında strateji hədəfləri və milli prioritetləri elan etdi - SƏDR

Milli Məclisin sentyabrın 23-də keçirilmiş birinci iclasında söylədiyi dərin məzmunlu nitqində dövlət başçısı yaxın illərdə ölkənin inkişaf istiqamətlərini müəyyən etməli olan strateji hədəfləri və milli prioritetləri elan etdi. SİA xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova VII Çağırış parlamentin payız sessiyasının ilk iclasında deyib.

Sədr qeyd edib ki, parlament prezidentin irəli sürdüyü vəzifələrin konkret qanunvericilik tədbirlərində təcəssümünü tapması üçün məsuliyyət daşıyır:

"Biz təmin etməliyik ki, dövlətimizin qanunvericilik bazası həm milli prioritetlərimizə uyğun olsun, həm də xalqımızın və dövlətimizin inkişafı üçün möhkəm təməl yaratsın".

Bütün xəbərlər Facebook səhifəmizdə