Müstəqil siyasət, misilsiz inkişaf...

Səbinə Xasayeva

Milli Məclisin deputatı

Növbədənkənar parlament seçkiləri uğurla, böyük siyasi fəallıqla başa çatdı. Bu demokratik seçkilər təsdiqlədi ki, Azərbaycan dünyəvi, bəşəri dövlətdir, bu dövlətdə hər bir vətəndaşın hüquqları Konstitusiyanın tələbləri ilə ciddi şəkildə qorunur. Bu seçkilər onu da təsdiqlədi ki, Azərbaycanda vətəndaş cəmiyyəti birmənalı şəkildə dövlətçilik atributları səviy­yə­sində qorunur, mühafizə edilir, yaşadılır. Sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Res­pub­li­kası Milli Məclisinin ilk iclasında Prezident İlham Əliyevin çıxışı da məhz bu gerçəkliklərin ifadəsi kimi diqqət çəkdi.

Çıxışında Vətən müharibəsi və antiterror əməliyyatlarının arxada qaldığını, dünyada gedən proseslərin, yeni müharibə ocaqlarının yaradıldığını, Ermənistanda revanşizm meyil­li­lə­rinin baş qaldırdığını xatırladan dövlətimizin başçısı qeyd etdi ki, İkinci Dünya mühari­bə­sin­dən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil, “Kim güclüdür, o da haqlıdır” prin­sipi üstünlük təşkil edir və artıq bəzi böyük dövlətlər bunu heç gizlətmirlər.

İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun tarixi Zəfəri ilə başa çatdı, torpaq­la­rı­mız işğaldan azad edildi. Ölkəmizin ərazi bütövlüyü tam bərpa edildi. Bu Zəfər dünyanın ni­za­mını dəyişdi, gerçəkliklərin işğalı susdurması bəşərililiyin təntənəsi kimi tarixləşdi. Yeddinci çağırış parlamentin ilk ic­la­sındakı çıxışında Prezident İlham Əliyev bildirib: “Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ulti­ma­tum dili ilə danış­maq mümkün olmayacaq. İkinci Qarabağ müharibəsindən ötən dövr ərzində öz hərbi gücü­mü­zü böyük dərəcədə artırmışıq, yeni silahlı birləşmələr yaradıldı, Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı. Yeni Komando Qüv­və­ləri yaradıldı və onların da say tərkibi ildən-ilə artır və artacaq. Digər xüsusi təyinatlı si­lah­lı birləş­mələr yaradıl­mışdır və gecə-gündüz təlim işləri aparılır. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təc­hizat lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir”.

Dövlət başçısı çıxışında Böyük Vətən mü­haribəsi ilə İkinci Qarabağ müharibəsi arasında məntiqi müqayisə də gətirdi. Bu müqayisə ilk dəfə səsləndirildiyinə və xarakteris­ti­ka­sının eyniliyinə görə yaddaşlarda və tarixdə qalacaq: “İkinci Qarabağ müharibəsində məhz Azər­bay­canın təşəbbüsü ilə sülh danışıqları başlamışdır. O vaxt nə Ermənistan, nə başqa ölkələr, ümumiyyətlə, gələcək nə­­dən ibarət olacaq, bu haqda heç öz fikirlərini formalaşdırmamışdılar”.

Çıxışında tarixi Zəfərdən sonra Azərbycanın beynlxalq nüfuzunun bir neçə dəfə artdığını, bey­nəlxalq mövqelərinin möhkəmləndiyini, beynəlxalq ictimaiyyətin Azərbaycanın yanında ol­du­ğunu xatırladan cənab İlham Əliyev bundan son­ra da xarici siyasətdə geriyə heç bir addım olmayacağını diqqətə çatdırdı.

Prezident İham Əliyev Millli Məclisdə çıxışında öl­kə­­­lə­rarası münasibətdə ikitərəfli əlaqələrin hansı formatda qurulmasına fəlsəfi mahiyyətlə yanaşdı. Bu, bəşəriliyin dərki baxımından dünya icti­maiy­­yə­ti­ni, dövlətləri ciddi düşündürməlidir: “Kim bizimlə Qarabağın Azərbaycana qaytarıl­ma­sına sevi­nir­sə, o, bizim dostumuzdur, qardaşımızdır. Vaxtilə bir-biri ilə rəqabət aparan xarici qüvvələr və ölkələr çalışırdılar ki, Azərbaycanda ictimai fikirdə söz sahibi olsunlar. İstəyirdilər ki, onların əlal­tıları vasitəsilə bizim media məkanında istənilən təxribatı ortaya ataraq, vəziyyəti öz xeyrinə dəyişdirsinlər”.

Xalqımızın gələcəyə böyük inamı var. Döv­lət­çi­liklə səsləşən bu inam daha güclü Azərbaycan deməkdir. Prezidentin sözügedən çıxışı Azərbaycan tarixində mühüm hadisə kimi yad­da qalacaq. yap.org.az

Bütün xəbərlər Facebook səhifəmizdə