Naxçıvan Ali Məclisi sədrinə yeni müavinlər

Naxçıvan Ali Məclisi sədrinə yeni müavinlər

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədrinə yeni müavinlər seçilib. SİA-nın məlumatına görə, sentyabrın 26-da VII çağırış Naxçıvan MR Ali Məclisinin birinci sessiyası keçirilib.

Sessiyada deputat Arzu Abdullayev Ali Məclisin sədrinin müavini seçilib.

Qeyd edək ki, deputatlar Bəxtiyar Məmmədovu Ali Məclis sədrinin birinci müavini seçiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə