"Hər birimiz ayıq-sayıq olmalıyıq" - ŞƏRH OLUNDU

“44 günlük Vətən müharibəsi və ötən il heç bir sutka da çəkməyən antiterror əməliyyatları Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan torpaqları işğaldan azad edildi və müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq bütün ölkə ərazisində dövlət suverenliyimiz bərpa edildi. Bu şərəfli tarixi yaşamaq hər bir azərbaycanlıda sonsuz qürur hissi yaradır. Lakin bizlər bu tarixin sevincini yaşamaqla yanaşı, yeni dövrə də hazır olmalıyıq. Yeni dövrdə nələrin edilməsinə gəlincə, hesab edirəm ki, cənab Prezident İlham Əliyevin sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı çıxışı bu baxımdan bizim üçün yol xəritəsi kimi qəbul edilə bilər”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının “UNİTY Company” ərazi partiya təşkilatının sədri Fikrət Əliyev deyib.

O, qeyd edib ki, dövlət başçısı çıxışında ötən dövrə tarixi nəzər saldı və həmçinin, yeni dövrdə ölkə qarşısında duran bəzi vəzifələr barədə danışdı: “Hesab edirəm ki, dövlət başçısının qeyd etdiyi bu vəzifələr həm dövlət olaraq, həm də xalq olaraq qarşımızda durur. Yəni biz bu gün hər şeyin dövlət tərəfindən edilməli olduğunu düşünməməli, xalq olaraq ümumilikdə və fərd olaraq hər birimiz bu vəzifələrin icrasında yaxından iştirak etməliyik. Mən bu baxımdan cənab Prezidentin çıxışında xüsusi olaraq toxunduğu ideoloji təhlükəsizliklə bağlı məsələnin üzərində dayanmaq istəyirəm. Dövlət başçısının da bəyan etdiyi kimi, burada da biz daim diqqətli olmalıyıq. Çünki bizə qarşı ideoloji təxribatlar davam edir”.

F.Əliyev bildirib ki, dövlətin gücü, xalqın dövlətinə bağlılığı sayəsində bu günə kimi istənilən ideoloji təxribatın qarşısı qətiyyətlə alınıb: “Lakin təbii ki, bu bizi arxayın salmamalıdır. Yəni biz buna daim hazır olmalı, dövlətimizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik. Bunun üçün də əsas şərtlərdən biri odur ki, hər birimiz ayıq-sayıq olmalıyıq. İstər işğal dövrü, istərsə də Vətən müharibəsindən sonrakı dövr bizə dostumuzu da, düşmənimizi də tanıtdı. Ona görə də ayıq-sayıq olmalı, açıq və gizlin düşmənlərin bundan sonra da hər hansı ideoloji təxribatlarının qarşısının alınmasında dövlətə dəstək verməliyik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə