"Şimali Kipr Türk dünyasının ayrılmaz hissəsidir" - FOTO

Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) Türk dünyasının ayrılmaz hissəsidir. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Milli Məclisinin deputatı Ramil Həsənov sentyabrın 21-də Lefkoşada Şimali Kiprin aparıcı Milli Birlik Partiyasının (MBP) 23-cü Qurultayındakı çıxışında deyib.

Azərbaycan Respublikasının Türk Dövlətləri Təşkilatı çərçivəsində Şimali Kipr Türk Cümhuriyyəti ilə əlaqələrin inkişafına və əməkdaşlığın genişləndirilməsinə bundan sonra da dəstək verəcəyini bildirən deputat, eyni zamanda, diqqəti Prezident İlham Əliyevin mövqeyinə çəkib.

R.Həsənov ŞKTC Prezidentinin və Baş nazirinin Azərbaycana yüksək səviyyədə təşkil olunmuş səfərlərini xatırladıb və bunun iki ölkə arasında sıx əlaqələrin daha bir göstəricisi olduğunu xatırladıb.

Deputat Azərbaycan, Türkiyə və ŞKTC-nin aparıcı siyasi qüvvələri səviyyəsində sıx dialoqu yüksək qiymətləndirib.

Ramil Həsənov qurultay iştirakçılarına uğurlar arzulayıb. O deyib: “Azərbaycan bundan sonra da türk Kiprinin yanında olacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə