“Prezidentin çıxışı mühüm məqamlarla yadda qaldı” - ŞƏRH OLUNDU

“Prezidentin çıxışı mühüm məqamlarla yadda qaldı” - ŞƏRH OLUNDU

“Azərbaycan Prezidentinin İtaliyaya səfəri çox məhsuldar oldu və önəmli görüşlər keçirildi, Azərbaycan-İtaliya münasibətlərinin daha da yaxşılaşdırılması üçün vacib addımlar atıldı. Bununla bağlı iki ölkə rəhbəri arasında mühüm görüşlər keçirildi və ölkə başçısı İlham Əliyev Çernobbio Forumunda çıxış etdi. Həmin çıxış İtaliya və dünya mətbuatı tərəfindən geniş işıqlandırıldı. Çıxış zamanı Prezident İlham Əliyev əsasən iki ölkə arasındakı qarşılıqlı münasibətlər məsələsinə toxundu”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

O bildirib ki, həmçinin qarşılıqlı münasibətlərin yalnız iqtisadi sahə üzərindən deyil, digər sahələri də əhatə etdiyi qeyd olunub: “Çıxış zamanı Azərbaycan Prezidenti bildirdi ki, otuz illik erməni işğalına son qoyuldu və Azərbaycan buna öz gücünə nail oldu. Hətta BMT-nin 4 qətnaməsi illər ərzində yerinə yetirilmədi, hətta Ermənistana digər ölkələr tərəfindən təzyiq və sanksiya belə tətbiq olunmadı. Nəhayət Azərbaycan öz gücü, ordusu sayəsində erməni işğalçılarını məğlub etdi. Həmçinin dövlət rəhbəri çıxışı zamanı müharibədən sonra Ermənistanla sülh müqaviləsinin bağlanması üçün aparılan danışıqların müsbət nəticə verdiyini, artıq müqavilə bəndlərinin 80 faizinin razılaşdırıldığı bildirildi.

Həmçinin ölkə rəhbəri cənab İlham Əliyev çıxışı zamanı qeyd etdi ki, bu gün Avropa İttifaqının 10 ölkəsi ilə strateji tərəfdaşdır. Yəni, Aİ-nin bütünlüklə Azərbaycanla münasibətlərində problemlər olsa belə, Avropanın 10 ölkəsi ilə strateji tərəfdaşıq və bu daha da genişlənməyə davam edir. Həmçinin jurnalistin sualına cavab olaraq, dövlət başçısı Rusiya-Ukrayna məsələsinin həll olunması, münasibətlərin normallaşması üçün vasitəçə olmağa hazır olduğumuzu qeyd etdi. Bütövlükdə ölkə rəhbərinin forumdakı çıxışı mühüm məqamları ilə yadda qaldı”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə