“Ermənistanın təhlükəli addımları bölgə üçün müsbət nəsə vəd etmir“ - ŞƏRH OLUNDU

“Ermənistanın təhlükəli addımları bölgə üçün müsbət nəsə vəd etmir“ - ŞƏRH OLUNDU

“Ermənistan baş nazirinin sonuncu keçirdiyi mətbuat konfransından sonra çox aydın şəkildə məlum oldu ki, Ermənistan sülhlə bağlı verdiyi mesajların heç birinə sadiq deyil. Ermənistanın dövlət olaraq müstəqil qərar qəbul etmək meyarları kifayət qədər zəifdir və onun xarici havadarları Ermənistan vasitəsilə bölgədə gərginliyin qalmasında maraqlıdırlar. Bunun üçün də sülhlə bağlı Ermənistanın normal addımlar atmasını istəmir. Nəticədə Ermənistanın kütləvi şəkildə silahlandırıldığını görürük”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

O bildirib ki, Ermənistan baş nazirinin 31 avqustda verdiyi açıqlamalarda bu silahlandırmanın bölgə üçün təhlükəli olduğunu bildiyi halda, məsələni tamamilə başqa mahiyyət və konteksdən çıxararaq yanlış istiqamətə şərh etdiyini görürük: “Bunun nəticəsində də bu gün Ermənistanın atdığı addımlar nəinki bölgəsəl sülhə xidmət edir, əksinə Cənubi Qafqazda gərginliyin pik həddə çatmasına səbəb olur. Bu baxımdan da Ermənistan son dövrlər Fransa və digər havadarlarının təzyiqləri təxribatlarının sayını artırıb.

Naxçıvan istiqamətində ardıcıl olaraq bir neçə gün provakasiyalar törətməsi, ardınca Ermənistan baş nazirinin boğazdanyuxarı, dırnaqarası bəyanatlar verməsi Ermənistanın sülhlə bağlı planlarının olmadığını və bölgədə yeni müharibə elementlərini qızışdıraraq, Cənubi Qafqazda stabilliyin olmaması ilə bağlı fon yaratmağa çalışır. Hər halda Ermənistanın təhlükəli addımları bölgə üçün müsbət nəsə vəd etmir. Bütün bunlar Cənubi Qafqazın yenidən gərginlik ocağına çevrilməsinə zəmin yaradır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə