Ceyhun Bayramov və Marko Curiçi birgə mətbuat konfransı keçirir - FOTO

Ceyhun Bayramov və Marko Curiçi birgə mətbuat konfransı keçirir - FOTO

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov və Serbiya Respublikasının xarici işlər naziri Marko Curiçinin birgə mətbuat konfransı keçirilir. SİA xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov iki ölkə arasındakı münasibətlər və imzalanan sənədlər barəsində məlumat verib: “Ümumilikdə həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar daxilindəki münasibətlərdə iki ölkəni səciyyələndirən xüsusiyyətlər içərisində hər zaman qarşılıqlı dəstək önəmli yer tutub”.

Nazir bildirib ki, COP29 kontekstində də birgə iş birliyi ilə əlaqədar COP29 sədri Muxtar Babayev ilə Serbiya xarici işlər naziri Marko Curiçinin görüşü baş tutub və M.Babayevin Serbiyaya səfəri gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə