“Azərbaycandan demokratik seçki təcrübəsini öyrəndik” - EFİOPİYA PARLAMENTİ
“Azərbaycan Respublikasında 1 sentyabr tarixində keçirilən növbədənkənar parlament seçkilərini izləmək və bu barədə fikirlərimi bölüşməkdən məmnunluq duyuram. Efiopiya Demokratik Respublikası və Azərbaycan yeni münasibətlər mərhələsinə qədəm qoyur”. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransı zamanı Efiopiya Parlament nümayəndələri bildirib.
O bildirib ki, əsas missiyaları paytaxt Bakıda keçirilib: “Efiopiya Demokratik Respublikasının nümayəndələri olaraq seçkini izlədik. Müşahidələrimizə əsasən seçki prosesi sülh şəraitində davam edirdi və heç bir maneə yaradılmırdı. Seçki məntəqələrindəki nümayəndələlər vətəndaşlara lazımi bütün köməkliklər göstərilirdi. Bütün məntəqələr haqqında seçkinin sülh və demokratik şəkildə keçirildiyini deyə bilərik.
Azərbaycan parlament seçkiləri nəticəsində demokratik və şəffaf şəkildə seçki prosesini keçirmək təcrübəsinə yiyələndik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB