122 saylı Xankəndi seçki dairəsində seçici fəallığı 42.75 faizdir
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində saat 15:00-a olan seçici fəallığını açıqlayıb. SİA xəbər verir ki, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 15:00-a qədər respublika üzrə 1893555 nəfər səs verib, seçici fəallığı 29.49 faiz olub.
İşğaldan azad edilmiş ərazilərdə də ilk dəfə olaraq parlament seçkiləru keçirilir və saat 12:00-a olan seçici fəallığı aşağıdakı kimidir:
118 saylı Ağdam-Xocalı – 34.27%, 119 saylı Ağdam – 34.12%, 120 saylı Cəbrayıl-Qubadlı - 40.03%, 121 saylı Laçın - 33.78%, 122 saylı Xankəndi - 42.75%, 123 saylı, Kəlbəcər - 32.03%, 124 saylı Şuşa-Ağdam-Xocavənd - 36.39 %, 125 saylı Zəngilan-Qubadlı - 39.73 % təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB