Abşeron rayonunda parlament seçkilərində 4 mandat uğrunda 13 namizəd mübarizə aparır - FOTO
Abşeron rayonunda Milli Məclisə yeddinci çağırış növbədənkənar seçkilər üzrə səsvermə prosesi davam edir. SİA xəbər verir ki, rayon üzrə seçici siyahısında 167 min 856 səsvermə hüququ olan vətəndaş qeydiyyata alınıb. Seçicilər lazımi şəraitlə təmin olunan 129 seçki məntəqəsində səs verirlər. Rayonda fəaliyyət göstərən 48 saylı Abşeron birinci, 49 saylı Abşeron ikinci, 50 saylı Abşeron üçüncü və 47 saylı Sumqayıt-Abşeron-Qaradağ seçki dairələrində səsvermənin gedişini çoxsaylı müşahidəçilər də izləyir.
Xatırladaq ki, Abşeron rayonunda Milli Məclisə seçkilərdə 4 mandat uğrunda 13 namizəd mübarizə aparır.
Qeyd edək ki, ilk dəfədir Azərbaycanın bütün suveren ərazilərində Milli Məclisə seçkilər keçirilir. Növbədənkənar seçkilər 6478 seçki məntəqəsində təşkil olunur. Onlardan 6343-ü daimi, 135-i isə müvəqqətidir.
Budəfəki seçkilərdə 125 mandat uğrunda 990 namizəd mübarizə aparır. Namizədliyi qeydə alınan 305 nəfər 25 siyasi partiyanın nümayəndəsidir.
Parlament seçkilərində 6 milyon 421 min 960 vətəndaş səsvermə hüququndan istifadə edə biləcək. İşğaldan azad olunmuş ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb.
Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı 374, Milli Məclisə seçkilərdə səsvermədə ilk dəfə iştirak edəcək seçicilərin sayı isə 51 min 141 nəfərdir.
Seçkiləri izləmək üçün 51 beynəlxalq qurum və 69 ölkədən olmaqla, 598 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Yerli müşahidəçi kimi isə 112 min 749 nəfər qeydə alınıb.
Ölkə ərazisində 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Səhər 08:00-da başlayan səsvermə saat 19:00-da başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB