Məntəqələrdə seçici fəallığı müşahidə edilir - FOTOLAR

Məntəqələrdə seçici fəallığı müşahidə edilir - FOTOLAR

Məlumdur ki, Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar səsvermə başlayıb. Seçki məntəqələri saat 8:00-da açılıb. Seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb. SİA mövzu ilə bağlı paytaxtın müxtəlif seçki mənqətələrində olaraq mövcud vəziyyəti müşahidə edib.

İlk öncə 3 saylı Nəsimi- Səbail seçki dairəsinin 37 saylı seçki məntəqəsində olduq. Məntəqə qarşısında orta səviyyəli sıxlıq müşahidə edilirdi. Səsverməyə gələn seçicilər növbəlilik prinsipi ilə səslərini verirdilər. Məntəqədə hansısa arzuolunmaz hal müşahidə edilmədi.

Daha sonra 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 12 saylı seçki məntəqəsinə baş çəkdik. Məntəqə sədri Aytən Baxışovanın sözlərinə görə 1028 seçiciləri var: "Gözləyirik ki, seçici fəallığı 40-50 faiz olar. Seçki hal-hazırda yarım saatdır başlayıb. Saydım və 26 nəfər səs verib. Ümid edirik ki, gedişat yaxşı olacaq".

Ardınca 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 19 saylı seçki məntəqəsində olduq və məntəqə sədri İlhamə Zalova müsahibə verdi. O, qeyd etdi ki, ümumi vəziyyət qənaətbəxşdir. İndiyə qədər 15 nəfər səs verib. Bildirişlərimizin paylanması aktiv olub. Seçicilərin hamısının gəlməyini gözləyirik. Biz heç kimə heç nəyi məcbur edə bilmərik ki, kiməsə səs verin. Seçicilər özləri kimi istəsə ona da səs verəcək”.

Ondan sonra 23 saylı Nəsimi- Səbail seçki dairəsinin 38 saylı seçki məntəqəsinə yollandıq. Məntəqə sədri Hacı Babayev ümumi vəziyyət qənaətbəxş olduğunu bildirdi: "Bu məntəqə digərlərindən fərqlənir. Çünki burada dənizçilər, tələbələr və sakinlər səs verirlər. Siyahıda 1045 nəfər adam var. Hazırda 30 nəfər səs verib. Amma fəallıq olacaq.

Məlumdur ki, hazırda məntəqədə ATƏT-in qısamüddətli müşahidə missiyasının Xüsusi Koordinatoru və rəhbəri Michael Creed (İrlandiya), ATƏT Parlament Assambleyasında İrlandiya Nümayəndəliyinin rəhbəri və Baş Komitənin sədri Lucie Potůčková (Çexiya) Demokratiya, İnsan Haqları və Humanitar Problemlər ATƏT PA-nın müşahidəçiləri buradadır. Onlarla da söhbət edirik. Düşünürəm ki, onların bizim parlament seçkiləri ilə bağlı müşahidələri müsbət olacaq.

Biz hamının səsverməsini təmin etmək üçün əlimizdən gələni edirik. Mən 30 ildir burdayam. Bizdə Prezident seçkiləri də çox yüksək səviyyədə keçdi. Cənab İlham Əliyev 44 gün ərzində işğal altında olan torpaqları azad etdi. İndi də Qarabağda 42 min əhali səs verir".

Xatırladaq ki, səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə