TASS Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri barədə məqalə yayımlayıb
Rusiyanın TASS İnformasiya Agentliyi Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri haqqında yazı dərc edib. SİA-nın“Seçki 2024” Müstəqil Media Mərkəzinə istinadən verdiyi xəbərinə görə, “Azərbaycan növbədənkənar parlament seçkilərinə hazırlaşır” sərlövhəli yazıda qeyd edilir ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ilk dəfə ölkə ərazisinin bütün bölgələrində, o cümlədən Qarabağda və Şərqi Zəngəzurda da parlament seçkiləri keçiriləcək: “Həmin ərazilərdə səsvermə üçün artıq 54 seçki məntəqəsi - 34 daimi və 20 müvəqqəti məntəqə yaradılıb. Burada 42 min seçici öz vətəndaşlıq borcunu yerinə yetirə biləcək”.
Yazıda həmçinin bildirilib ki, parlament seçkilərinin növbədənkənar keçirilməsinə səbəb bu ilin noyabrında Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi olub: “Bu seçkilər noyabr ayında keçirilməli idi, lakin həmin dövrdə respublika 80 mindən çox qonaq, o cümlədən 50-dən çox ölkənin dövlət və hökumət başçılarının iştirakı gözlənilən BMT-nin COP29 iqlim konfransına ev sahibliyi edəcək. Buna görə də, parlament üzvlərinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev iyunun 28-də Milli Məclisin altıncı çağırışını buraxmaq və növbədənkənar seçkiləri sentyabrın 1-də keçirmək haqqında Sərəncam imzalayıb”.
Məqalədə ABŞ-nin “Oracle Advisory Group” təşkilatının Azərbaycandakı keçirdiyi sorğuya da yer ayrılıb.
Məqalə ilə daha ətraflı bu linkdə tanış ola bilərsiniz: https://tass.ru/mezhdunarodnaya-panorama/21722519
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB