“Durovun həbsi Avropada söz, ifadə və biznes azadlığında problemlərin olduğunu təsdiqləyir“ - ŞƏRH OLUNDU
“Durovun həbsi Avropada söz, ifadə və biznes azadlığı sahəsində problemlərin olduğunu bir daha təsdiqləyir. Bu nöqteyi nəzərdən özünü tərifləyən və ideal vəziyyətdə hesab edən Qərb, ayrı-ayrı Avropa dövlətləri ilə Rusiyanın əslində heç bir fərqi yoxdur. Çünki Durov vaxtilə Rusiyadan məhz bu təqiblər səbəbindən qaçaq düşüb, Avropaya pənah gətirmişdi”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
O bildirib ki, Durov Rusiyada biznesini bağlayaraq, azad hesab etdiyi Qərbə sığındı: “Lakin bu gün görünən odur ki, əslində Qərb, Avropa ölkələri də Durovun “telegram” sosial şəbəkəsi ilə bağlı insanların şəxsi məlumatlarına sızmaqda maraqlıdır və bu sosial şəbəkini nəzarətə götürmək istəyir. Ancaq vaxtilə Durov öz sosial şəbəkəsini məxfi məlumatlarını Rusiyanın xüsusi xidmət orqanlarına verməkdən imtina etmişdisə, bu gün də Fransanın müvafiq orqanlarının eyni tələbinə “yox” cavabı verdiyinə görə siyasətin qurbanı olub.
Bir daha aydın olur ki, Qərbin biznes, söz və ifadə azadlığı sahəsində azad və ideal bir məkan olması ilə bağlı deyilənlər gəlişi gözəl sözlərdən başqa bir şey deyil. Doğurdan da, bu azadlıqlar lazımi səviyyədə qorunmuş olsaydı Durov həbs edilməli deyildi və ya onunla bərabər digər sosial şəbəkə sahibləri də həbs olunmalı idilər. Deməli azad şəkildə fəaliyyət göstərən sosial şəbəkə sahibləri Avropa dövlətlərinin müəyyən qanunsuz tələblərinə baş əyirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB