Sentyabrın 1-ə təyin olunmuş seçkilərlə bağlı 52 saylı Yevlax Seçki dairəsində hazırlıq işləri Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş təqvim planına uyğun olaraq həyata keçirilir. SİA xəbər verir ki, bu barədə "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında 52 saylı Yevlax Dairə Seçki Komissiyasının (DSK) sədri Yaşar Abbasov deyib.
O qeyd edib ki, dairə üzrə 55 mindən artıq seçici var. “Eyni zamanda dairə üzrə 55 seçki məntəqəsi var. Məntəqələrimiz təmir olunub, Mərkəzi Seçki Komissiyası tərəfindən verilmiş avadanlıqlarla təchiz olunub. Seçkiyə tam hazırıq.
Dairə üzrə ilk səs verəcək seçicilərin sayı isə 520 nəfərdir. 2 nəfər seçicimizin yaşı 100-dən çoxdur”.
Y.Abbasov əlavə edib ki, dairə üzrə 7 namizəd var və onların 2-si siyasi partiyaları təmsil edir, digərləri isə öz təşəbbüsləri ilə namizədliklərini irəli sürüblər. DSK sədrinin sözlərinə görə, dairə üzrə 468 nəfər yerli müşahidəçi qeydə alınıb. “Eyni zamanda bir neçə nəfər beynəlxalq müşahidəçilər də dairəmizə gəlib seçkiyə hazırlıq prosesi ilə tanış olublar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB