“Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyası bu ərazilərdə müşahidə aparacaq
“Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyası sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə işğaldan azad olunmuş ərazilərdə müşahidə aparacaq. SİA “Seçki 2024” Müstəqil Media Mərkəzinə istinadən məlumat verir ki, təşkilat Naxçıvan MR-də daxil olmaqla ölkə üzrə 75 seçki dairəsində 500 nəfər müşahidəçi ilə müşahidə aparacaq.
Müşahidəçilərin əksəriyyəti QHT üzvləri, fəalları və könüllüləridir. Koalisiya aralıq və yekun hesabat hazırlayacaq, hesabatlar ingilis dilində beynəlxalq auditoriya üçün də əlçatan olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB