27 saylı Sabunçu ikinci seçki dairəsində 788 nəfər 80-100 yaşlı seçici var
27 saylı Sabunçu ikinci seçki dairəsinin dairə seçki komissiyasındakı (DSK) 80-100 yaşlı seçicilərin sayı 788 nəfərdir. SİA xəbər verir ki, bu barədə"Seçki 2024" Müstəqil Media Mərkəzinə DSK sədri Nadir Əjdərov bildirib. Onun sözlərinə görə, hazırda dairədəki seçki məntəqələrinin sayı 38-ə, seçicilərin sayı isə 52 min 722 minə bərabərdir:
“80-100 yaşlı seçicilərin sayı 788 nəfərdir. Yaşı 100-dən yuxarı bir seçici var. Dairədə seçicilərin 495 nəfəri ilk dəfə səs verəcək. Onlarda 236 kişi, 259 qadındır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB