Putin terrorla mübarizə ilə bağlı Təhlükəsizlik Şurasının iclasını keçirib
Məruzəçi FSB direktoru Aleksandr Bortnikov olub
SIA Kremlin saytına istinadən xəbər verir ki, terrorla mübarizənin aspektləri Rusiya prezidenti Vladimir Putinlə Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri arasında keçirilən operativ görüşdə müzakirə mövzusu olub. Dövlət başçısı bu məsələlərin müzakirəsi planlarını Novo-Oqarevo iqamətgahında şəxsən keçirilən görüşün əvvəlində açıqlayıb.
"Bu gün Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclasın gündəliyi terrorizmlə mübarizənin müəyyən aspektləri ilə bağlı çox vacib məsələdir",- deyə Putin hesabat üçün sözü FSB direktoru Aleksandr Bortnikova verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB