Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi uğurlar dünyanın əksər ölkələri, beynəlxalq təşkilatlarala əlaqələrinin daha da inkişaf etdirlməsinə yeni təkan olur. Aydın siyasi iradənin, çağdaş hüquqi dövlət quruculuğu işində mühüm uğurlar əldə edilməsinin nəticəsi olaraq Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının, Avropa Şurasının, İslam Konfransı Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin, GUAM-ın üzvüdür. Eyni zamanda Azərbaycan NATO və Avropa Birliyi kimi qurumlarla əməkdaşlıq edir. Azərbaycan dövlətinin ciddi, əsaslı siyasəti, ölkədaxili iqtisadi inkişafı ilə bu nüfuzlu təşkilatlarında ən etibarlı, yüksək inam bəslənən dövlət imici qazanıb. Bu da dünyanın demokratik, aparıcı dövlətləri ilə yeni əməkdaşlıq münasibətləri yaradıb. 2006-cı il mayın 9-da BMT Baş Assambleyasında keçirilən seçkilər nəticəsində Azərbaycanın bu quruma üzv seçilməsi ölkəmizin əldə etdiyi ən mühüm nailiyyətlərindən biridir. Azərbaycan-BMT əlaqələrinin inkişafı, möhkəmlənməsi və ölkəmizin bu təşkilatda böyük nüfuz qazanmasını göstərən ən əhəmiyyətli hadisə isə 2011-ci il oktyabrın 24-də Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və bu quruma rəhbərlik etməsi olmuşdur. Beynəlxalq təşkilatlarla, dünya dövlətləri ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulması və əlaqələrin dövlətlərin maraqlarına uyğun inkişaf etdirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətinin ana xəttini təşkil edir. Bu baxımdan Azərbaycan beynəlxalq təşkilatlarda daim aktiv fəaliyyət göstərməsi ilə fərqlənmiş və milli maraqlarımızın təmin olunmasına yönəlmiş siyasət həyata keçirmişdir. Ölkəmizin beynəlxalq təşkilatlarda nüfuzunun yüksək olmasının nəticəsidir ki, Azərbaycan 2019-cu ildən etibarən Qoşulmama Hərəkatına sədrlik edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qoşulmama Hərəkatı dünyanın inkişafına mühüm töhfələr verən qlobal əhəmiyyətli tədbirlər keçirlib. Koronavirus pandemiyasının qarşısının alınması və dövlətlərin bu istiqamətdə əməkdaşlığının gücləndirilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə Qoşulmama Hərəkatının videokonfrans formatında toplantısı keçirilib. Eyni zamanda, dünya ölkələrinin pandemiya ilə mübarizədə fəaliyyətlərinin artırılması məqsədi ilə bu il Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının konfransı keçirilib. Dəfələrlə Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitlərində, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-cı Zirvə toplantısında, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində və digər tədbirlərdə iştirakı, eyni zamanda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın Zirvə görüşünün Azərbaycanda keçirilməsi ölkəmizə marağın əyani təcəssümüdür. Prezident İlham Əliyev "China Global Television Network" telekanalında yayımlanan müsahibəsində demişdir: "Mərkəzi Asiya ölkələri inkişaf edir və ixracyönümlü daha çox məhsul istehsal edir. Həmçinin daha çox məhsul alır və bu baxımdan Xəzər dənizi marşrutu həyati əhəmiyyət kəsb edir. Xoşbəxtlikdən biz illər əvvəl ev tapşırığımızı yerinə yetirmişik və hər bir şey hazırdır. İndi isə bu infrastrukturu genişləndirmək asan olacaq. Həmçinin nəqliyyat infrastrukturunun genişləndirilməsinə yatırılacaq vəsait təxmin edilən yük həcminə uyğun olacaq... Mən ötən il və bu il bütün Mərkəzi Asiya ölkələrinə səfər etmişəm və bu ölkələrin rəhbərləri Azərbaycana səfər ediblər. Bu gün bizim ikitərəfli münasibətlərimizdə daha çox dinamizm var. Birincisi, biz buna ehtiyacın olduğunu görürük. Digər tərəfdən isə bizim hər zaman gözəl münasibətlərimiz olub. Eyni zamanda, daşımalar marşrutları mövzusu daha fəal əməkdaşlığı diktə edir. Beləliklə, əminəm ki, Xəzər dənizi ilə yükdaşımalarının illik statistikasına nəzər saldıqca biz rəqəmlərin artacağının şahidi olacağıq".
Azərbayacan türk dünyasının beynəlxalq aləmdə özünəməxsus yer tutmasında xüsusi rol oynayır
Azərbaycan ordusunun sentyabrın 27-dən erməni terrorçularına qarşı Qarabağda uğurlu hərbi əməliyyatlar apardığı zaman İslam Konfransı Təşkilatının, Qoşulmama Hərəkatının, Türk Şurasının, BMT Təhlükəzsilik Şurasının daimi üzvlərinin irəli sürdükləri separatçı layihəyə qeyri-daimi üzvlərin sərt münasibət bildirmələri və ayrı-ayrı ölkələrin Azərbaycanın haqq işini, ədalətli mövqeyini müdafiə etmələri ölkəmizin dünyada böyük nüfuza malik olması ilə bağlıdır. Dövlətimizin uğurlu xarici diplomatiyasının prioritetlərindən biri də türk dünyasının qarşılıqlı əlaqələrinin möhkəmlənməsidir. Azərbaycan Prezidenti İlham Əliyev bütün sahələrdə olduğu kimi, türk dünyası ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri, strateji müttəfiqliyi, beynəlxalq təşkilatlarda, diaspor fəaliyyətlərində eyni maraqlardan çıxış edilmələri dünya xalqları və dövlətləri üçün həsəd aparılan, paxıllıq hissi yaradan məsələyə çevrilib. Sentyabrın 27-dən Qarabağda aparılan uğurlu təmizləmə əməliyyatlarında Türkiyə hakimiyyəti və xalqı Azərbaycan dövlətinə, ordusuna ən yüksək səviyədə mənəvi, siyasi, diplomatik dəstək göstərdi. Bununla yanaşı Ermənistan üzərində parlaq qələbə münasibəti ilə dekabrın 10-da Bakıda keçirilən Qələbə Paradında Türkiyənin hökumət və dövlət rəhbərləri, o cümlədən Prezident Rəcəb Tayyib Ərdoğan iştirak etdi. Türkiyə Silahlı Qüvvələrinin mehmetçiklərinin Qələbə Paradında sıra keçidində iştirak etmələri bütün Türk dünyasına qürurverici anlar yaşatdı. Bu nümunəvi dəstək Ulu Öndər Heydər Əliyevin Türkiyə- Azərbaycan qardaşlığı barədə dediyi "bir millət iki dövlət", Mustafa Kamal Atatükün "Azərbaycan xalqının sevinci sevincimiz, kədəri kədəimizdir" tarixi fikirlərinin ruhuna tam uyğundur. Məhz buna görə də, türk dünyasının beynəlxalq aləmdə özünəməxsus yer tutması uğrunda müasir dövrün türk liderləri olaraq Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan böyük xidmət göstərməkdədirlər. Hər iki ölkənin liderləri təkcə Türk Şurasının Zirvə Görüşlərində, Türk PA-da TÜRKSOY-da deyil, bütün sahələrdə əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli addımlar atır, qərarlar verirlər. İki dost, qardaş ölkə arasında iqtisadi-ticarət əlaqələri də, hər il artmaqdadır. Hazırda Türkdilli dövlətlər arasında Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir.Hal-hazırda Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayəsi 25 milyard, Türkiyənin Azərbaycan iqtisadiyyatına qoyulan sərmayəsi isə 22 milyard dollar təşkil edir. Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsindən sonra bölgədə aparılan quruculuq, təmir, bərpa işlərində Türkiyə dövlətinin çoxsaylı şirkəti yaxından iştirak edir. Bu da işğaldan azad edilən ərazilərə Türkiyənin daha böyük həcm də investisiya qyuluşundan xəbər verir.
Sentyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu daha yaxından iştirak etmək niyyətindədir
Azərbaycan dövləti BMT-nin UNESKO, UNİCEF və digər xüsusiləşdirilmiş təşkilatları ilə genişmiqyaslı əməkdaşlıq əlaqələrinə malikdir. Bu əlaqələr çərçivəsində Azərbaycan-BMT birgə layihələri icra edilib və bu layihələrin həyata keçirilməsi demokratik institutlarının inkişafına mühüm töhfələr verib. Azərbaycan ATƏT-lə də geniş əməkdaşlıq əlaqələrinə malikdir. Bu əlaqələr daha çox seçkilərin müşahidəsi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun xəttilə həyata keçirilən layihələr və digər məsələlərdir. Sentyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu daha yaxından iştirak etmək niyyətindədir. Bununla bağlı MSK-ya 300 nəfərin seçkiləri müşahidə etmək istədiyini qeyd etməsi də təsdiq edir. Ölkəmizin dünyada baş verən bütün siyasi-ictimai proseslərə təsir etmək imkanlarına malik olan Avropa İttifaqı ilə münasibətlər, əməkdaşlıq əlaqələri ən yüksək səviyyədə inkişaf etməkdədir. Bu mötəbər qurumla Azərbaycan arasında imzalanmış "Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi"ndə tərəflər arasında siyasi və ticarət sahəsində əməkdaşlıq, Azərbaycanın qanunvericiliyinin Avropanın hüquq sisteminə uyğunlaşdırılması məsələləri öz əksini tapmışdır. Avropa İttifaqı ilə əməkdaşlığa Azərbaycanın xüsusi önəm verdiyini bildirən Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərin inkişafında maraqlıdır və bunu dövlət siyasətinin prioriteti hesab edir: "Bu gün Azərbaycan Asiya ilə Avropa arasında yerləşən, regionumuzda dərin kökləri, Avropa ilə güclü əlaqəsi olan, Avropa dəyərlərini paylaşan bir ölkədir. Biz Avropa təsisatlarından aldığımız dəstəyə görə minnətdarıq. Əminəm ki, qarşıdakı illərdə Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq uğurla davam edəcək və tezliklə bizim qarşımızda yeni imkanlar açacaq yeni saziş imzalayacağıq". Birmənalı şəkildə demək olar ki, Azərbaycan Avropa İttifaqı üçün əhəmiyyətli tərəfdaşdır. Bunu qurumun rəhbərləri də çıxışlarında vurğulayıblar və Azərbaycanın Avropanın enerji təchizatında önəmli rol oynadığını qeyd ediblər. Uzunluğu 3500 kilometr olan "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşması ilə Xəzər regionundan qaz təchizatının Avropa bazarlarına birləşdirməsinə nail olunur. Eyni zamanda, Azərbaycan qurumun 23 ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 18 ölkəsi ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması, 14 üzv ölkə ilə isə Hökumətlərarası Komissiyanın yaradılması haqqında saziş imzalanıb.
Bir sözlə, Azərbaycan dövləti apardığı düzgün siyasətlə və sahib olduğu resurslardan səmərəli istifadə etməklə, beynəlxalq təşkilatlarla qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri formalaşdırır və milli maraqlarını tam şəkildə təmin edir. Düşünülmüş bu siyasətin həyata keçirilməsi ilə Azərbaycan hələ çox uğurlara imza atacaq və beynəlxalq aləmdə artan nüfuzunu daha da möhkələndirəcək.
İLHAM ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB