Ermənistan hakimiyyəti Azərbaycanın tələbi ilə konstitusiyaya dəyişiklik etmək fikrində olmadığını bəyan edib
Ermənistan Azərbaycan tərəfinin tələbi ilə konstitusiyaya dəyişiklik etmək niyyətində deyil. SİA xəbər verir ki, bu barədə keçirdiyi brifinqdə baş nazir Nikol Paşinyan və Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.
“Ermənistan Respublikası öz konstitusiyasını Ermənistan vətəndaşlarının qərarı ilə dəyişdirə bilər, Ermənistan Respublikası heç bir ölkənin tələbi ilə öz konstitusiyasını dəyişdirməyəcək, dəyişdirmək və ya dəyişməmək Ermənistan Respublikasının daxili işləridir”- o, jurnalistin Bakıdan müvafiq tələbin olması ilə bağlı sözlərinə cavab olaraq bildirib.
Papoyan onu da əlavə edib ki, Ermənistan Azərbaycanla qarşılıqlı prinsip əsasında nəqliyyat kommunikasiyalarını açmağa hazırdır.
Xaıtrladaq ki, bu ilin əvvəlində Paşinyan konstitusiyaya dəyişikliklə bağlı yeni referendum təşəbbüsü ilə çıxış edəcəyini bildirsə də, konkret tarix deməmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB