"İran-İsrail qarşıdurması zaman kəsiyinə bağlı olan məsələ deyil" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"İran-İsrail qarşıdurması zaman kəsiyinə bağlı olan məsələ deyil" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"İran-İsrail qarşıdurması zaman kəsiyinə bağlı olan məsələ deyil və şübhəsiz ki, mövcud yanaşma və streotiplər qalacağı təqdirdə səngiməyəcək". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Kərimli deyib.

O bildirib ki, İranın dini-siyasi sisteminin əsas ideoloji xəttini – bunun nə qədər reallığı əks etdirdiyini söyləmək çox çətindir – İsrailin bir dövlət kimi Yer üzündən silinməsi ritorikası təşkil edir: "Bu iki ölkə uzun illərdir ki, qarşıdurma şəraitində yaşayır və Fələstin məsələsinin dinc yolla həllinə imkan verməyən proseslərin inkişafına rəvac verirlər. Sanki İranın davranışları İsrailə Fələstin probleminin BMT Baş Assambleyasının qərarı əsasında həllindən yayınmasına, İsrailin İran üzərində qurulan ritorikası da Tehranın Fələstin məsələsi üzərindən özünü “müsəlmanların hamisi” kimi təqdim etməsinə və bundan daxili siyasətdə faydalanmasına rəvac verir. Beynəlxalq birlik Fələstin məsələsində mövqe bildirməyə başlayan kimi İsrail-İran qarşıdurması güclənir, məsələ arxa plana keçən kimi isə qarşıdurma səngiyir. Bu dəfəki qarşıdurmanın da aktiv genişmiqyaslı əməliyyatlara yol açacağı inandırıcı deyil və çox güman ki, ilin sonunadək ənənəvi formasını alacaq".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə