Parlament seçkiləri ilə əlaqədar seçicilərlə görüş üçün müəyyənləşdirilən yerlərin siyahısı açıqlanıb

Sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısı açıqlanıb. SİA-nın xəbərinə görə, seçkiqabağı təşviqat üçün ölkə üzrə 3 259 açıq, 1 854 qapalı yer ayrılıb.

Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytında təşviqat üçün ayrılan açıq qapalı yerlərin siyahısı dərc olunub.

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına avqustun 9-dan başlanılacaq, proses avqustun 31-i saat 08:00-a kimi davam edəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə