"Azərbaycanın Hərbi Dəniz Qüvvələri digər qoşun növləri kimi şərəfli tarixə malikdir" - MÜNASİBƏT BİLDİRİLDİ
"Azərbaycanın Hərbi Dəniz Qüvvələri digər qoşun növləri kimi şərəfli tarixə malikdir".Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.
O bildirib ki, 1919-cu ildə təməli qoyulan Hərbi Dəniz Qüvvələrimizin çox təəssüf ki, həmin dövr üçün Cümhuriyyətin süqutu ilə onun tamamilə formalaşdırılması yarımçıq qaldı: "Ancaq Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra 1991-ci ildə parlamentin silahlı qüvvələrimiz haqqında qəbul etdiyi qərarına əsasən Hərbi Dəniz Qüvvələrimiz də yenidən yaradıldı. Ümummilli Lider Heydər Əliyevin 1996-cı ildə imzaladığı Fərmana əsasən hər il avqustun 5-i ölkədə Hərbi Dəniz Qüvvələri Günü kimi qeyd olunur.
Onun bu günə qədər dinamik inkişafını müşahidə edirik. Burada əsas öndə duran məsələlərdən biri ərazi sularımızın qorunması, hal-hazırda da Xəzər dənizində yerləşən strateji obyektlər var ki, məhz onların da təhlükəsizliyinin təmin olunmasında Hərbi Dəniz Qüvvələrimizin müstəsna rolu vardır.
Keçmiş Sovet ölkələri içində, keçmiş Sovet sisteminə uyğun olaraq Ali Hərbi Dənizçilik Məktəbi fəaliyyət göstərirdi. Ancaq Azərbaycan 1999-cu ildən NATO standartlarına uyğun olaraq Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin bazasını formalaşdırmağa başladı. İlk NATO sisteminə uyğun olaraq zabitlərin buraxılışlarını müşahidə etdik. Bu günə qədər də ancaq dənizçilik ixtisası üzrə peşəkar zabitlərin hazırlandığını müşahidə edirik. Bununla da yanaşı təkcə dənizdə deyil, eyni zamanda Azərbaycanın ərazi bütövlüyü uğrunda da dənizçilərimizin yetərincə fəaliyyətlərini müşahidə etmişik. İstər 1-ci Qarabağ müharibəsində, istərsə də 2-ci Qarabağ müharibəsində Hərbi Dəniz Qüvvələrinin tabeçiliyində olan dəniz piyadalarının qəhrəmanlıqlarını müşahidə etdik. Bu, bir daha onu deməyə əsas verir ki, Hərbi Dəniz Qüvvələrinin istər suda, istər quruda tapşırıqları yerinə yetirmək üçün yetərincə peşəkar heyəti var. Bundan sonra da hesab edirəm ki, məhz döyüş hazırlığı peşəkarlığının istər dənizdə, istər quruda aparılması üçün şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində fəaliyyətlər göstəriləcəkdir. Fürsətdən istifadə edərək belə xüsusi gündə bütün dənizçilərimizi təbrik edirəm və xidməti fəaliyyətlərində uğurlar arzulayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB